Goranboyda 110 yaşlı qadın koronavirusdan sağaldı

media-hightechnic-468x90

Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.

Yenicag.az xəbər verir ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA-ya bildirib ki, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb. Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb.

Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600