Göyçaya güclü sel gəldi - VİDEO

media-hightechnic-468x90

İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra Göyçay çayına güclü sel gəlib.

Yenicag.az xəbər verir ki, bu gün saat 12:30 radələrindən başlayaraq çaydan keçən suyun səviyyəsi xeyli artıb, Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb. Hazırda sel axını davam edir, körpünün dayaqları zədələnir, insanlar körpünün dağılma təhlükəsi ilə üz-üzə qalmasından narahatdı. Hazırda körpü üzərində avtomobillərin və piyadaların hərəkəti davam edir.

İnsanların təhlükəsizliyinin təmin olunması üçün hazırda Göyçay rayon Polis Şöbəsinin yol polisi və post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparır, ağır tonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub./unikal.az/

https://ok.ru/video/6143820302947

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa