Göyçayda güclü külək yanğınlara səbəb oldu

media-hightechnic-468x90

Göyçay rayonunda havanın küləkli olması yanğınlara səbəb olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, gün ərzində rayonda 7 yanğın hadisəsi qeydə alınıb.

Göyçay rayonunun Kürdəmiş kəndində 100 kvadratmetr ərazidə kol-kos, Alpout kəndində yol kənarı çəpərlər, Çaxırlı kəndində kanalətrafı kolluqlar yanıb. Şıxbəyli kəndində Bəşirov Rüstəm Azər oğluna məxsus bağ sahəsində, Kürdəmiş kəndində Məmmədov Paşa Məhəmməd oğluna məxsus ərazidə yanğın olub. 60 ədəd xurma ağacı yanıb. Bundan başqa ərazidə elektrik naqillərinin də yandığı bildirilir.

Rayonun Potu kəndində də yanğın olub, kol-kos yanıb. Yanğınların genişlənməsinin qarşısı alınıb, alov söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa