Göygöldə çoban minaya düşərək ölüb

Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Bənövşəli kəndi ərazisində qeydə alınıb. Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb (report).

COP29