Mərkəzi Bank uçot dərəcəsini artıracaq

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin I rübündə uçot faiz dərəcəsini dəyişməyərək 6,75% səviyyəsində saxlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə korporasiyası “ING Group”un yenilənmiş proqnozunda bildirilib.

Bununla belə, ING hesab edir ki, AMB ilin II rübündə uçot dərəcəsini 7 %-ə, III rübdə 7,25 %-ə, IV rübdə isə 7,75 %-ə çatdıra bilər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabrın 10-da üçot dərəcəsini 0,25% bəndi azaldaraq 6,75 %-ə endirib. AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il fevralın 4-də açıqlayacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa