Sabunçudakı “Akkord binaları”nda qalmaqal: "Uğur Yaşam" MMC-nin yığdığı pullar hara gedir? - VİDEO

media-hightechnic-468x90

Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən və “Akkord binaları” kimi tanınan yaşayış kompleksinin sakinləri binanı idarə edən şəxslərin fəaliyyətindən narazıdırlar.

media-banner_tuq

Vətəndaşların iddialarına görə, ödədikləri kommunal xidmət pullarının hara xərcləndiyi barədə onlara heç bir məlumat verilmir.

Sakinlərdən biri bildirib ki, hər ay onlardan 25-30 min manat aralığında vəsait yığılmasına baxmayaraq, kompleksdə xidmət səviyyəsi qənaətbəxş deyil: “Kommunal ödənişləri yığırlar, amma əraziyə baxılmır. Liftlər bərbad vəziyyətdədir. Qarajın qiyməti də artırılıb”.

Digər vətəndaş isə üçüncü binada liftin, ümumiyyətlə, olmadığını söyləyib: “Belə vəziyyətdən bezmişəm, bunların əlindən infarkt keçirmişəm”.

Məsələ ilə bağlı binanın komendantı Anar Məmmədov qeyd edib ki, yığılan vəsaitin hesabatı vətəndaşlara təqdim olunmalı deyil: “Toplanan pulların hesabatını bu kompleksi mənə həvalə edən şirkətə təqdim edirəm. Sakinlərə bu barədə məlumat vermək borcum yoxdur”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05