Müğənni Gülay Zeynallı ötən gün Rusiyada hava limanında saxlanılan həyat yoldaşı, məşqçi Kamil Zeynallı ilə bağlı daha bir paylaşım edib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya müraciət edən Gülay “Cənab Prezident, hörmətli Mehriban xanım, sizdən çox xahiş edirəm, Kamilə kömək edin. Göydə Allah, yerdə siz ona kömək edə bilərsiniz. Çox çarəsiz bir haldayıq, Kömək edin bizə”, – sözlərini yazıb.
***
09:53
Xəbər verdiyimiz kimi, Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.
Yenicag.az xəbər verir ki, K.Zeynallının həyat yoldaşı Gülay Zeynallı da məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“İnşallah bu da keçər… Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çax xahiş edirəm”, – deyə Gülay Zeynallı yazıb.
www.yenicag.az