Gülən Şəbəkəsi İrana girməyə çalışır – MİT “İran imamı”nı açıqladı – Video
“Dünyanın kapitanı ABŞ-dır” deyən Gülənin daim qarşı çıxdığı, hətta rəqiblərini “əcəm uşağı” olaraq, ittiham etdiyi İranla münasibətlərində yenidən baxmağa başlayıb. Belə ki, ABŞ-ın İranla münasibətlərini normallaşdırma siyasətindən Gülən də bəhrələnməyə başlayıb.
Yenicag.az türk mediasına istinadən bildirir ki, bu vaxta qədər İran əleyhinə fəaliyyət göstərən və bu ölkədə təşkilatlanmağa çətinlik çəkən Şəbəkə bu ölkə üzrə imamını təyin edib. Konyada yaşayan Şami Aydın Ankara Universiteti Dil, Tarix və Coğrafiya Fakültəsinin Fars Dili və Ədəbiyyatı bölümündən məzun olub.
Bu barədə hazırlanan Milli Kəşfiyyat Təşkilatı (MİT) hesabatında bu bilgilər yer alıb: “Özünə müxalif olan şəxsləri ‘İran agenti’ olaraq xarakterizə edən Gülən Örgütı, son dövrlərdə İran içindəki fəaliyyətlərini sürətləndirmişdir. Gülən Örgütı, mövcud hökuməti və bəzi ictimai xadimləri “İran uşağı” olmaqla suçlarkən, örgüt adına “İran məsulu” olaraq çalışan Şadi Aydın, örgütün xaricdəki şəbəkəsinə bağlı imamlardan Hüseyn Kara ilə İran Türkmən Səhra bölgəsində bir məktəb açmaq üçün İrana müraciət ediblər. Ayrıca, məktəb açma cəhdi ilə əlaqədar olaraq Yusuf Hoca kod adlı Gülən Örgütü üzvü, İran prezidenti Həsən Ruhaninin məsləhətçisi ilə də əlaqə qurub”.
Yuxarıdakı sətirlər, Paralel Dövlət Şəbəkəsinin İran mövzusunda yeni bir taktiki mərhələyə keçdiyini göstərir. Bu yeni mərhələ, Amerika Birləşmiş Ştatlarının (ABŞ)yenilənən İran siyasətindən müstəqil deyil. Kəşfiyyat orqanlarının təsbitinə görə, Şadi Aydın İranla əlaqədar fəaliyyətlərinə 1997-ci ildə başlayıb. 1997- 98-99-ci illərdə İran sərhədindəki Ağrıya dörd dəfə gedən Şadi Aydın xaricə gedərkən birbaşa uçuş etməməyə diqqət göstərir. Bir ölkəyə gedəcəksə, əvvəl başqa bir ölkəyə uçub, oradan gedəcəyi yerə keçid edir. Ancaq quru yolu ilə birbaşa İrana çıxışı da var. Aydın, 2001-ci ildən günümüzə qədər bir çox dəfə xaricə səfər edib. 2013-cü ilin iyun ayında Konyadan altı aylıq bir pasport alan Aydının pasport nömrəsi Z00130 … Son olaraq 22 Fevral 2015-ci ildə bir xaricə çıxışı var. Bu səyahəti U05699 … nömrəli yeni bir pasportla edib.
Şadi Aydının, adının baş hərfləri A.K.A. olan bir İranlı ilə əlaqəsi var. Ankaranın Çankaya rayonunda yaşayan bu adamla Aydın tez-tez görüşür. Aydının ayrıca adının baş hərfləri H.G. olan başqa bir İranlı ilə də telefon əlaqəsi təsbit edilib. Mövlana Universitetində dərs verən Dos. Dr. Şadi Aydın, eyni zamanda universitetin tərkibində olan Mövlana Sosial Araşdırmalar Mərkəzinin də müdiridir.
Kəşfiyyat qurumunun hesabatında Şadi Aydının İranda məktəb açmaq üçün birlikdə hərəkət edən Karanın Uzaq Şərq imamı olduğu göstərilib. Onun əvvəllər biznes imamı olduğu, ancaq daha sonradan Uzaq Şərqə təyin olunduğu bildirilir.
Halbuki illər öncə Gülən İranı rafizi, sapık məmləkəti adlandırır, Cənnətə gedən yol oradan keçsə, getməyəcəyini bildirirdi. İndi ABŞ-ın İrana baxışı dəyişdiyi üçün Gülən də dəyişməkdədir.
Yenicag.az
https://www.youtube.com/watch?v=NpUdfu8ztZc