Gülənin qardaşı qızı saxlanıldı
FETÖ-nün Türkiyədə çevriliş cəhdi ilə bağlı başladılan istintaq işi çərçivəsində Fətulla Gülənin qardaşı qızı Əminə saxlanılıb.
Qadın Balıkəsir Edremit bölgəsində ələ keçirilib .
Əldə edilən məlumata görə, bir müddətdir təqib edilən Əminə.A-nın yaşadığı yerdə bu səhər əməliyyat keçirilib.
Polis Əminənin mobil telefonunu araşdırıb və məlum olub ki, son danışıqlarının əksəriyyətini ABŞ-dakı naməlum şəxslə aparıb.
Şübhəlinin evindən 2 ədəd 1 dollar, Gülən çoxlu fotoları və kitabı ələ keçirilib.(qafqazinfo)