!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

!Reklam – Yazi

Fevralın 11-dən 14-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Yenicga.az-a bildiriblər ki, bu yarış ilk dəfə Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək. AGF-nin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi ölkə çempionatını beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

Turnirin ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə saat 16:30-da start veriləcək.

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv