Güləşçilərimiz Almaniya Qran Prisində iştirak edəcəklər

media-hightechnic-468x90

jjj28-29 iyun 2014-cü il tarixdə Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək.

Turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər.

Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanacaq. Heyətdə Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) və Həmzət Osmanov (86 kq) yer alacaq.

Komandamızın üzvləri turnirə Bolqarıstanın Belmeken şəhərində iştirak etdikləri növbəti təlim-məşq toplanışından yollanacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600