Gülnarə Kərimovanın ölüm xəbəri yayıldı

100676_ecq0w2305mÖzbəkistanın mərhum prezidenti İslam Kərimovun 44 yaşlı qızı Gülnarənin ölüm xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, bu barədə Rusiya mediası xəbər yayıb. İddiada qeyd olunur ki, Gülnarə npyabrın 5-də zəhərləərək öldürülüb və Daşkənddəki “Minor” qəbiristanlığında dəfn edilib.

Şahidlərdən biri qeyd edir ki, o, qadının dəfnində iştirak edib. Onun sözlərinə görə, Gülnarənin uşaqları – İslam və İman isə hazırda Daşkənddə köməksiz vəziyyətdədirlər

G.Kərimovanın ölüm xəbərinin yayılmasından sonra sosial şəbəkədə beynəlxalq insan hüquqları mərkəzlərinə müraciətlər ünvanlanıb. İnsanlar Gülnarə haqda dəqiq məlumat tələb edirlər. Hətta son günlər G.Kərimovanın adına açılan və aktiv olan Tvitter hesabının da saxta olduğu məlum olub. Belə ki, qətli gizlədənlər bu hesab vasitəsi ilə onun sağ olduğunu nümayiş etdirməyə çalışıblar.

Qeyd edək ki, bir müddət əvvəl Gülnarənin dəlixanada saxlanıldığı iddia edilirdi. Bəzi mənbələr qeyd edirdi ki, qadını dəlixanaya saldıran İ.Kərimovdan sonra prezidentlik kürsüsünə oturan Şevket Mirziyoyevdir.

Bir vaxtlar Özbəkistanın ən varlı qadını olan G.Kərimova atasından sonra ölkənin başçısı olmağa hazırlaşırdı. Lakin Mirziyoyev onu özünə rəqib gördüyü üçün atasının ölümündən dərhal sonra Gülnarəni dəlixanaya atdırıb.

Xatırladaq ki, Harvard Universitetinin məzunu olan Gülnarə 2014-cu ildə adı bir rüşvət qalmaqalında hallandığı üçün ev həbsində olub. Kərimova eyni zamanda yarıçılpaq fotoları ilə ölkəsində gündəm yaratmışdı. Hətta fotoları görən prezidentin qızına sillə vurduğu iddia edilmişdi.