Gülşən TANRIDAŞ: DÖZ BAKI…

media-hightechnic-468x90

timthumbŞəhərin adı Bakı,

Küçənin adı Lebrantski.
Sözlər rəngbərəng,
Reklamlar,afişalar “full”,
Sayrışır markalarda
“Maid in England”.
Gəzişir insanlar,
Üzlər donuq,
İfadələr yad,
Baxışlar soyuq.
Bahalı maşınlar,
Bahalı adamlar…
Qəfil tapdalandı bir ayaq,
Kimsə dedi ;”şorry”.
Əvvəllər də beləydi,
Amma daha çox rusca soylənərdi.
O vaxt “kommunizmin dili” ilə sayrışardı şüarlar,
Indi “liberalizmi” dəbə saldı dəb yaradanlar.
O vaxt rusca uyuyardı körpələr,
Indi ingilisçə daha çox ifliç edir səbəkələr.
“İnkişaf”, əməlli-başlı göz önündədir…
Deyirlər,çoxlarını kölgədə qoyub,
Lap düşmənin gözün oyub
Yaşıllı xiyabanların,
Alovlu göydələnlərin.
Hər tində
Las –Veqas çilçıraqları kimi bərq vuran yazıların
Qorkinin özü kimi,
Tarixin arxa çəmbərinə atıb
“Neapol” gecələrini.
İndi ingiliscə parlayır ulduzlar.
Binalardan,kazinolardan,gecədən,
Sərxoşların içdiyi hər şüşədən,
Rütbəlinin baxdığı eynəkdən,
“Müxalifçinin” demokratiya tələbindən,
Cizgilərinin ölüsü üzərindən yüksələn hər şeydən,
Gözqamaşdıran vitrinlərdən,
Tele-məkanlardan,
Şou- səhnələrdən,
Cocuqları “sevindirən” filmlərdən,
Sözündən-söhbətindən,
Qəzetlərdən,
Gündəmlərdən,
Kosmetik sevgilərdən,
Saxta əqidələrdən,
Cinsi bəlirsiz hisslərdən,
Mədənlərdən,
Kəmərlərdən,
Mədəndən,
Bağırsağından,
İçindən,
Çölündən,
Hər yerindən,
Rokfillerlərin,Soroşların iyi qoxuyur.
Ax şəhərim…
Ax küləklər…
Ax diləklər….
Azdi fikirlərim,
Çaş-baş qaldı
Ey alovlar şəhəri,
Ey küləklər şəhəri,
Ey diləklər şəhəri,
Söylə!
Sən kimin şəhərisən?
Itdim küçələrinin rəngində…
Görəsən, bu doğrudur,
Sən yurdun şəhərisən?
Həm də səhərisən?
Boğazımda düyün,qəhər
Ayrıldım bu suallarla,
Öz rəngimi görmədim,
Öz rəngimdən görmədim,
Öz rəngimdə görmədim.
Gözümdə yaş,
Ürəyimdə daş oldu düşüncələrim.
Və o zamandan bir qərib kimi dolanıram qoynunda,
Bir özümə,bir də gələcəyə çatar söyləmlərim.
Gecələrin o qədər uzun,
Nağılların o qədər sehirli olub ki,
Havasına girən məst olur,
Bir də ayılmır yuxularından.
Uyuyan şəhər…
Uyuyan səhər…
Uyuyan insanlar…
Qışqırmaq istəyirəm-
Oyan ey şəhərim,
Oyan ey səhərim,
Oyanın ey insanlar,
Axı haraya qədər…
Fəqət boğulur içimdə səs.
Səsimin havası şəhərin havasına düşmür.
Və əlacsızcasına gedirəm,
Üz tuturam ümidlərin şəhrinə,
Daha dözə bilmirəm qəribliyin qəhrinə.
Gedirəm,
Lakin,
Əlvida demirəm.
Xoşça qal Bakı!
Bir gün səsim əks-səda verər divarlarında,
Bayragımın kölgəsi düşər içinə binaların da,
Millətimin dilinə bürunərsən…
Gözlə dalğın Xəzər,
Xan Arazdan müjdən olaçaq.
Urmu “qara qızılının” iflic etdiyi ruhuna
Öz duzlu dərdindən bac verəcək.
Əsrlərin bahalı qəfəs şəhəri,
Əsirliyinin xovları
Vətənin ürəyinə sancılan xəncər kimidir.
Param-parçadır gövdəsi,
Başıni kəsiblər,
Qanını sovurublar,
Odunu söndürüblər,
Özgə ocaqlara çıraq ediblər…
Söz ver şəhərim,söz ver!
Söz ver!
Dözəcəksən…
Ümidlərin bətnində
Yenidən gələcəksən.
Boyunu ana torpaq oxşayaçaq,
Laylan türkcə oxunaçaq,
Bələyin Gilavar mehi olaçaq,
Göbəyinin sarığı səhidinin qanlı köynəyinə əmanət…
Gözlə…
Döz…
Bakı!

G.Tanrıdaş

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600