Gülüstan Əliyeva “Əsr türkün əsridir” adlı yeni layihəsini təqdim etdi – VİDEO
Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyeva “Əsr Türkün əsridir” adlı türkçülüyə həsr olunmuş yeni layihəsini təqdim edib.
Yenicag.az xəbər verir ki, mahnıda Türk xalqlarının birliyi, tarixi və mədəni bağlılığı tərənnüm edilir.
Mahnının kupletləri qazax, qırğız, türkmən və özbək dillərində oxunmaqla xalqların qəhrəmanlarının adları tərənnüm edilir.
Mahnının sözləri professor Mahirə Nağıqızına, musiqisi ETNO CLASS musiqi qrupuna məxsudur. Lahiyədə Orxon Yenisey əlifbasından istifadə edilərək, Azərbaycan təkəlduz sənətinə məxsus xüsusi geyimlər hazırlanıb. Türk xalqlarına məxsus qədim alətlərdən, şamanizmi əks etdirən qavaldan istifadə olunub.
Lahiyə “AS Production” tərəfindən Şuşa, Laçın və Qubada çəkilib. Lahiyə rəhbəri telejurnalist Səidə İbrahimli, rejissor Faiq Əliyevdir./525.az