!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Günə 2 kilo ət yeyirəm" - FOTOLAR

!Reklam – Yazi

Türkiyədə keçirilən “The Show” yarışında ikinciliyi əldə etməklə dünya çempionatının  final mərhələsinə vəsiqə qazanan Tural Aslanovun Yenicag.az saytına müsahibəsi.

– Əvvəlcə özünüz barədə məlumat verməyinizi istərdik…

– 7 ildi bu idmanla məşğulam 2014-cü ildə bodibildinq klassik üzrə Azərbaycan üçüncüsü oldum. Bu ilin yayında isə ölkə çempionu adını qazandım. Noyabrın 18-də “The Show” yarışında ikinciliyi əldə etməklə finala lisenziya qazandım. Final isə gələn ay Misirdə olacaq.

– Bədən şişirdənlər daha çox protein kimi dərmanlardan istifadə edirlər ki, bu da bəzən insan ölümü ilə nəticələnir…

– Xeyr. Mən bununla razılaşmıram. Proteindən insan öldürə bilməz. Bu dərmanların əlavəsi bizim gündəlik yediyimiz yeməklərdə var. Biri var ki, siz 300 qram əti yeyib 4-5 saat gözləyirsiniz ki, bədənizə 30-40 qram zülal gedə, biri də var ki, onu 2 qaşıq suya qatıb əldə edirsiniz. Təbii ki, yemək yemədən ancaq protein qəbul etmək ziyanlıdır. Həm yeməlisən, həm də qəbul etməlisən. Proten əzələlərin böyüməsi üçün istifadə edilir. Əgər sən məşq etmirsənsə, o qədər zülal qəbul etməyin də mənası yoxdur. Bu idman növünün bir nömrəli şərti qidadır. Məsələn, mən gündə 5 dəfə yemək yeyirəm. Günə təqribən kiloyarım, 2 kilo ət yeyirəm. Düzdü, mən yüksək kateqoriyalara aid deyiləm. Bizdə önəmli olan bədən gözəlliyidir. Burada üz quruluşu da, saçın düzümü də önəmlidir. Tədricən bu idman növü ölkəmizdə də məşhurlaşır.

– Düşünmürsüz ki, bəzilərinin bədən şişirtməyi lovğalığından irəli gəlir?

– Belə şeylər də var. Amma bu idmanın sevənləri də çoxdur. Bu, təkcə bizim idman növündə deyil, bütün sahələrdə var. Lovğalıq üçün bədən şişirtmətin özü də çətin bir prosesdir.

– Belə formalı bədən quruluşuna sahib olmaq xanımlarla münasibətdə üstünlükdürmü?  

– Bu, hər insan üçün xoşdur. İstər-istəməz diqqət görürsən. Məncə, istənilən halda seçilirsən. Çünki biz standart deyilik.

– Artıq çəkiyə malik olan insanların dərd etdiyi məsələlərdən biri də arıqlamaqla bağlıdır. Bir aya maksimum nə qədər arıqlamaq mümkündür?

– Sağlamlıqla 5-6, istəsə lap 10 kq. Biri var 90 kq olan insan arıqlamaq istəyir, biri də var çəkisi 60 kq olan. 60 kq olanı 10 kq arıqlada bilmərsən, çünki onda artıq çəki yoxdur. Mən tələbəm var idi, 7 aya 52 kq arıqlamışdı. Sadəcə dieta və məşqlə.

– Hansı qidalardan qaçmalıdır?

– İlk növbədə şəkərli qidalardan uzaq durmaq lazımdır. Bunlara şirin sulardan tutmuş, yağlı və qızardılmış yeməklər də daxildir. Bir aya dediyim qədər arıqlamaq heçnəsiz  mümkündür.

Emin

 

COP29

www.yenicag.az

4238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv