!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günel Gözəlovanın iddiası üzrə məhkəmə işinin baxış iclası keçirildi - Araz Bayramov gəlmədi

!Reklam – Yazi

Bu gün Nərimanov rayon Məhkəməsində tanınmış teleaparıcı Günel Gözəlovanın iddiası üzrə məhkəmə işinin baxış iclası keçirilib.

Yenicag.az xəbər verir ki, cavabdeh cərrah, uroloq-androloq Araz Bayramov məhkəmə iclasına gəlməyib, onu vəkili təmsil edib.

Jurnalistlər məhkəmə salonuna buraxılmayıb.

Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Günel Gözəlova bildirib:

“Məhkəmə prosesində gözlədiyim kimi qarşı tərəf iştirak etmədi. Bunu normal qarşılayıram, onun hüququdur. Növbəti proses üçün hakim tapşırıq verdi ki, iş ekspertizaya yönləndirilsin. Hər iki tərəfdən suallar təqdim ediləcək. Müvafiq sahə mütəxəssisləri rəy verəcəklər. Təbii ki, bizim əlimizdə yetəri qədər rəylər var. Əlimizdə qarşı tərəfin, yəni yoldaşımın sağlamlığını itirməsinə səbəb olan Araz Bayramovun bizə təqdim etdiyi sənədlər də var. Biz öz mübarizəmizi aparacağıq”.

Qeyd edək ki, G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralında 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub.

Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Aqil Bəkir

www.yenicag.az

1198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv