!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günəşdə baş verən güclü partlayışların SƏBƏBLƏRİ: Bu insanlarda ciddi problemlər yarana bilər

!Reklam – Yazi

 

Son zamanlar Günəşdə güclü partlayışların baş verir. Bu da zaman-zaman güclü maqnit qasırğaları ilə müşahidə olunur. Bəs günəşdə baş verən güclü partlayışların səbəbləri nələrdir? Bu aktivlik gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı Yenicag.az-a danışan meteroloq Cavid Hüseynov deyib ki, Günəşin səthində güclü partlayışlar və püskürmələr Günəş sistemindəki maqnit sahələrinə təsir edərək, tac kütləsinin sıçrayışla atılmasına səbəb olur:

“Həddindən artıq Günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir. Beləliklə, Günəşin aktivliyi Yerin iqliminə də əhəmiyyətli təsir göstərir. Yer atmosferinə böyük təsir göstərə bilən Günəş ləkələrinin yüksək artımı zamanı ultrabənövşəyi şüalanma (UV) kəskin şəkildə artır. Günəş aktivliyi nəticəsində yaranan geomaqnit fırtınaları elektrik, rabitə və naviqasiya sistemlərinin pozulmasına, peyk aparatlarının zədələnməsinə, canlılar üçün radiasiya təhlükəsinin yaranmasına, meteohəssas insanların, yaşlıların və xroniki xəstələrin baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi narahatlıqlarına səbəb ola bilir”.

Mütəxəssis qeyd edib ki, 2024-cü ilin Günəş aktivliyi ili olacağı təxmin edilir:

“Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil, yalnız geomaqnit vəziyyətində ümumi tendensiyaları müəyyən etmək mümkündür. Proqnozlara görə 2024-cü ilin maksimum Günəş aktivliyi ili olacağı təxmin edilir və aktivliyin ilin sonuna qədər azala biləcəyi proqnozlaşdırılır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv