Güneyli milli fəalların aclıq aksiyası 46-cı günə çatdı

media-hightechnic-468x90

Güneyli milli fəallar aclıq aksiyasının 46-cı günündədirlər.

Güney Azərbaycanlı milli fəallar Tahir Nəqəvi və Vədud Əsədi fars-molla rejimi tərəfindən qanunsuz yerə həbs edilmələrinə və eyni zamanda həbsxanada hüquqlarının pozulmasına və rejim tərəfindən məruz qaldıqları təzyiqlərə etiraz olaraq Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirirlər.

Onlar rejim əleyhinə fəaliyyət göstərmək, rejimə müxalif qruplaşmalara üzv olmaq, İranda daxili təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq kimi ittihamlarla mühakimə edilərək, 5 il yarım, 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tahir Nəqəvi eyni zamanda vəkildir və Almaniyada yaşayan, oyuna gətirilib də, İran rejimi tərəfindən həbs edilərək, haqsız yerə illərlə həbsdə saxlanılan və nəhayət ki, bu il azad edilən Azərbaycan vətəndaşı Fərid Səfərlini müdaifə edən vəkillərdən biridir.

Məhz bu səbəbdən, həmçinin Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarını müdafiə etdiyi üçün onun vəkillik lisenziyası dondurulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa