Gürcü gəlin evdən 100 min oğurlayıb qaçdı
Türkiyənin Antalya şəhərində ağlasığmaz oğurluq hadisəsi baş verib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suleyman Toran adlı şəxs dini nikahla ailə həyatı qurduğu Gürcüstan vətəndaşı Nadezha Vaxaniyanı onun evindən 100 min lirə dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda ittiham edir.
Bildirilir ki, gürcü qadın evdən 10 bilərzik, 2 boyunbağı və daha bir neçə üzük götürərək Gürcüstana gedib. Bir neçə gün sonra isə yenidən Türkiyəyə daxil olub, lakin evə gəlməyib. Belə olan halda, Süleyman Toran həyat yoldaşının bütün qızılların oğurlaması iddiası üzərində dayanıb. Bu barədə o dərhal polisə məlumat verib.
Qeyd edək ki, Suleyman Toran sözügedən qadınla dostu Özcan Kurtulmuş vasitəsilə tanış olub.
Polis hadisəni təfsilatı ilə araşdırır.