Gürcü qadın türkiyəli nazirə nə üçün təşəkkür etdi?
Gürcüstanın müdafiə naziri Tina Xidaşeli NATO-un genişləndirilməsinə verdiyi dəstək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna minnətdarlığını bildirib.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, T.Xidaşeli deyib ki, bu məsələdə NATO-un üzv ölkələri tərəfindən göstərilən təşəbbüs optimizmin əsasını yaradır. Mən Türkiyənin xarici işlər nazirinə böyük təşəkkürümü çatdırmaq istəyirəm. O, Strasburqda, Parlament Assambleyasında həmkarım idi, ona bu bəyanat üçün xüsusilə minnətdaram. NATO-un üzv ölkələri tərəfindən belə təşəbbüslər olduqca əhəmiyyətlidir, bizim tərəfdaşlarımızın addımları bizdə optimizm yaradır. Beləliklə, biz işləyirik, hələ vaxtımız var. İl yarımdan sonra baş tutacaq növbəti sammitə qədər hadisələrin inkişafının dinamikasını gözləyəcəyik. Antalya Sammitində belə başlanğıc, əlbəttə, bizim üçün əhəmiyyətlidir.”
Onun sözlərinə görə, Mövlut Çavuşoqlu bildirib ki, inteqrasiya yolu tutan ölkələr NATO-ya üzv olacaqlar. Bu istiqamətdə hərəkət etmək lazımdır və qapıları açmaq lazımdır. Bu barədə NATO-nun baş katibi də danışır. NATO-ya üzvlük üçün mümkün qədər böyük səylə və iri addımlarla çalışmaq lazımdır. Əlbəttə, bu bəyanatın fonunda iyun ayında bizim ilk danışıqlarımız olacaq.
Xatırladaq ki, Mövlut Çavuşoğlu NATO-un növbəti sammitində Gürcüstanın, Makedoniyanın, Bosniyanın və Monteneqronun ittifaqa qəbul edilməsi əsas hədəf olacaq.