Gürcü şovinistlərin cavabı verildi – Azərkeşlər bayraq yandırdı

media-hightechnic-468x90

d461f4e3ef4a7a96c2a613b3395b6655Azərkeşlər tarixi Azərbaycan torpaqlarının əksini tapdığı xəritə açıb, şüarlar səsləndirib, Gürcüstan bayrağını yandırıblar

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu gün keçirilən “Qəbələ” – “Dinamo” (Tiflis) matçı başlayıb. Apasport.az saytı xəbər verir ki, “Qəbələ” rəhbərliyi ilk matçda azarkeşlər arasında baş verən insidenti nəzərə alaraq, ehtiyatlı davranıb.

Belə ki, meydanda qapılardan birinin arxasındakı sektor boş saxlanılıb. Ora lent bağlanıldığı üçün, həmin sektora fanatlar buraxılmayıb. Gürcü azarkeşlər həmin sektorun sol tərəfində yerləşdirildiyindən, bu addım görünür, onlarla yaxınlıqdakı yerli azarkeşlər arasında insident baş verməsinin qarşısını almaq üçün atılıb.

Qeyd edək ki, bu komandaların Tiflisdə keçirilən birinci qarşılaşmasında “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayaraq, təhqir etmişdilər. Onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar. Bu dəfə də “Dinamo” (Tiflis) fanatları Qəbələ şəhər stadionuna Abxaziyanın Gürcüstanın ərazisi olduğunu göstərən plakat gətiriblər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıdığı və bu matç da Azərbaycan ərazisində keçirildiyi üçün plakatın bu meydanda qaldırılmasının hansı anlam daşıdığı da müəmmalıdır.

“Qəbələ” azarkeşləri isə Azərbaycan xəritəsini özündə əks etdirən plakat asıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır” pankartını açıblar. Pankartda həmçinin “Sarvan no Marneuli” yazısı olub. Lakin onlar pankartı çox saxlaya bilməyiblər. Polislər müdaxilə edərək, pankartı yığışdırıblar.

Qəbələli azarkeşlər ardınca növbəti pankartlar açıblar. Bu dəfə “Borçalı Azərbaycanındır”, “Sarvan no Marneuli” yazısı ilə yanaşı, “Bostandere No Rustavi” və “Choruk Gemerli! No Bolnisi!” pankartları da qaldırılıb. Lakin polislər yenidən müdaxilə edərək, pankartı yığışdırıblar.

Azərkeşlər həmçinin tarixi Azərbaycan torpaqlarının əksini tapdığı xəritəni də açıblar.

İkinci hissənin startından təxminən 10 dəqiqə sonra – görüşün 55-ci dəqiqəsində azarkeşlər Gürcüstan bayrağını yandırıblar.

e221c3edead456afeb005c99b953ce48 d461f4e3ef4a7a96c2a613b3395b6655 338118c1971a3c8b54c09bb5e3f58148 2dc16a03f456d1470e57e7715bedcb62 4eeae472fffedc2258e3c06986e74f8e 5cd3a0e419dd4339d9a747d9f68b6322 460df134c43cdcc30468399a7ac80729 51f5d3e7b7d478367badb09d78c10393

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600