Gürcüstan Azərbaycana avtomobil ixracını artırdı

media-hightechnic-468x90

Gürcüstan 2023-cü ilin ilk yanvar-noyabr ayları ərzində Azərbaycana 408,99 milyon ABŞ dolları dəyərində 21 211 ədəd avtomobil ixrac edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb.

Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 6 489 ədəd və ya 23,4% azalıb, lakin dəyəri 138,66 milyon dollar və ya 51,2% artıb. Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 270,33 milyon dollar dəyərində 27 700 ədəd avtomobil ixrac edib.

Statistikaya əsasən, bu il noyabradək Gürcüstan 1 milyard 946,94 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,5 dəfə çoxdur. Avtomobil bu il Gürcüstanın əsas ixrac məhsulu olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05