Gürcüstan əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirir?
Gürcüstanın Daxili İşlər Nazirliyi əcnəbi vətəndaşların ölkədə qalma qaydaları ilə bağlı qanunvericiliyə bir sıra düzəlişlər hazırlayıb.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Osnmedia.ru nəşri məlumat verib.
Məlumata görə, dəyişikliklərin yeni paketində cəza növü – ölkədən çıxarılma (deportasiya), ardınca isə müəyyən müddətə ölkəyə girişin qadağan edilməsinin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, Gürcüstanda müəyyən edilmiş qalma qaydalarını pozanların cərimələrinin artırılması da planlaşdırılır.