Bu ölkə ilə Gürcüstan arasında viza rejimi tamamilə ləğv olundu

media-hightechnic-468x90

Ermənistan və Gürcüstan vətəndaşları daxili sənədlərə əsasən hər iki ölkənin sərhədlərini vizasız keçə bilərlər. 

Yenicag.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, iki ölkə arasında müvafiq saziş qüvvəyə minib.

İki ölkənin ərazisindən keçərkən, o cümlədən çarter reysləri ilə uçarkən Ermənistan və Gürcüstan vətəndaşlarının pasportu və ya şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Xatırladaq ki, Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili bu il yanvarın 12-də Yerevanda hər iki ölkə vətəndaşlarının Gürcüstan və Ermənistan arasında sərhədi keçməsi prosesinin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Gürcüstanda saziş yanvarın 27-dən qüvvəyə minib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600