Gürcüstan prezidentinin mətbuat katibi istefa verdi

media-hightechnic-468x90

Gürcüstan prezidenti Salome Zurabişvilinin mətbuat katibi Xatia Moistsrapişvili istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

X.Moistsrapişvilinin istefasına onun S.Zurabişvili ilə bir sıra məsələlər üzrə yaranan fikir ayrılıqlarının səbəb olduğu bildirilir.

X.Moistsrapişvili bu ilin yanvarında Gürcüstan prezidentinin mətbuat katibi təyin olunub. Buna qədər o, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri və qurumun mətbuat katibi olub./Report/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa