!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan üçün YENİ DÖVR: “Nəticələr bütövlükdə regiona təsir edəcək”

!Reklam – Yazi

“Gürcüstandakı seçkilər olduqca önəmli seçkilər idi və sadəcə, iki partiyadan arasında gedən mübarizə deyildi. Bu seçkilər, bütövlükdə, Qərb və Rusiya arasındakı siyasi rəqabətin nəticəsini özündə ehtiva edən bir seçki idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloq oktyabrın 26-da Gürcüstanda baş tutan parlament seçkiləri ilə bağlı fikirlərini bildirib.

Ekspertin fikrincə, bu nəticələr yalnız Gürcüstan sərhədləri ilə çərçivələnmir, bütövlükdə, regiona təsir edəcək bir mübarizə idi:

“Məlum məsələdir ki, iqtidardakı hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ilə Mixeil Saakaşvilinin qurduğu “ana müxalifət” sayılan “Vahid Milli Hərəkat” partiyası arasında rəqabət gedirdi. Eləcə də 50%-in üzərində səs toplamaq tərəflərin hər ikisi üçün vacib idi ki, seçkilərin nəticələri həmin partiyanın lehinə qazanılmış olsun”.

Onun sözlərinə görə, əslində, seçkiöncəsi səs sorğuları belə deməyə əsas verirdi ki, birbaşa olaraq hakim partiyanın üstünlüyü müşahidə olunsa da, 50%+1 baryerinin keçirilməsi müəyyən mənada çətinlik törədəcəkdi:

“Habelə keçmiş Baş nazir Giorgi Qaxariyanın da eyni adlı partiyasının bu seçkilərdə iştirakı ilə iqtidar partiyası tərəfindən koalisiya bir növ təmin oluna bilərdi. Beləliklə də özünə loyal olan partiya ilə birləşmə nəticəsində onlar hakimiyyətdə qala bilərdi. Ancaq buna ehtiyac olmadı və müvafiq baryer hakim partiya tərəfindən əldə edildi”.

“Hazırda 2003-cü illə indiki Gürcüstanı, habelə qlobal nizamı müqayisə edə bilmərik. Bu baxımdan, hadisələr “məxməri inqilab”, daha dəqiq desək, siyasi çevriliş cərəyan etməyəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv