Vizasız gediş-gəlişi dayandırmaqla, faktiki olaraq, Gürcüstan vətəndaşlarını şantaj edirlər.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Onun sözlərinə görə, dekabrın 16-da Aİ-yə üzv ölkələrin XIN başçılarının iclasında Gürcüstanla ikitərəfli münasibətlərə xələl gətirəcək hansısa qərar gözlənilmir.
“Dekabrın 16-da müzakirələri gözləyək. Biz bilirik və görürük ki, bəzi üzv dövlətlər açıq şəkildə kifayət qədər aqressiv mövqelərə malikdirlər və hətta Gürcüstana münasibətdə bunu dilə gətirirlər. Halbuki biz də bilirik ki, Aİ-nin çox sayda üzvü bu mövqeləri bölüşmür”, – nazir deyib./Apa/
www.yenicag.az