Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ

media-hightechnic-468x90

“Gürcüstan, Ermənistan və Azərbaycan Cənubi Qafqazı təşkil edən üç dövlətdir və bu ölkələr arasında olduqca mürəkkəb, eyni zamanda böyük əhəmiyyət daşıyan siyasi, iqtisadi və sosial münasibətlər mövcuddur”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.

media-husameddin-inanc

O, Gürcüstanda yenidən başlayan siyasi gərginliyi, habelə müxalifətin paytaxt Tbilisidə başlatdığı etiraz aksiyalarına münasibət bildirib.

Onun sözlərinə görə, regionda Gürcüstan, xüsusilə diqqət mərkəzindədir:

“Çünki 2008-ci ildə Rusiya tərəfindən işğala məruz qalıb və ərazilərinin bir hissəsini – Abxaziya və Cənubi Osetiyanı itirib. Bu baxımdan, Ukrayna ilə oxşar bir taleyi bölüşür. Burada daim Rusiya tərəfdarları ilə Avropa tərəfdarları arasında mübarizə davam edir. Bu fakt Rusiyanın özünü “yumşaq qarın” hesab etdiyi bu coğrafiyada Avropanın təsirinin artdığını, yaxud belə bir səylərin mövcud olduğunu göstərir”.

H. İnaçın fikrincə, bu mürəkkəblik təkcə Gürcüstanı deyil, Cənubi Qafqazın bütün dövlətlərini, o cümlədən Azərbaycanı da yaxından təsirləndirir:

“Gürcüstan Azərbaycanın qonşusu kimi bir çox mühüm layihələrin mərkəzində dayanır. Xüsusilə neft və təbii qazın Avropaya nəqlində, həmçinin regional sabitliyin təminində Gürcüstanın dövlət idarəetməsini güclü saxlaması və yaxşı işləyən demokratiyaya malik olması Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Bu səbəbdən Türkiyə də Gürcüstanı “Orta Dəhliz” adlanan – neft və qazın Azərbaycan üzərindən Avropaya daşınması layihələrinə cəlb edir. Zəngəzur dəhlizi də Gürcüstanla birbaşa bağlıdır. Belə bir ölkənin Qərbin təsiri altına düşməsi, yoxsa Rusiyanın nəzarətinə girməsi məsələsi olduqca önəmli xarakter daşıyır”.

Həmsöhbətimiz əmindir ki, son illərdə Gürcüstanda Rusiyaya qarşı nifrətin artması və Avropa ilə inteqrasiya cəhdləri diqqət çəkir:

“Bununla yanaşı, Avropaya qarşı müəyyən bir şübhə də qalmaqdadır. Xüsusilə “Gürcü Arzusu” Partiyasının Qərb ölkələrinin bəzi QHT-lərini “agent” elan edərək onlara qarşı başlatdığı kampaniya və onların maliyyələşməsində şəffaflığın artırılmasını tələb edən qanun təşəbbüsü ölkədə ciddi qarışıqlıq yaradıb. Avropa Birliyi Gürcüstanda təsir imkanlarını artırmaq üçün açıq və gizli mexanizmlərdən istifadə edir ki, bu da birbaşa olaraq Rusiyanı narahat edir və nəticədə Rusiyanın müdaxiləsini təşviq edən bir amil kimi ortaya çıxır”.

Müsahibimiz yekunda onu da söyləyib ki, iki yanaşma arasında tərəddüd edən Gürcüstanın sabitliyi isə bölgə üçün son dərəcə vacibdir:

“Xüsusilə son dövrlərdə Azərbaycanın Rusiya ilə yaşadığı gərginliklər – həm təyyarə böhranı, həm də diaspora qarşı qəbuledilməz davranışlar Gürcüstanla Azərbaycanı ortaq taleyə yaxınlaşdırır. Bütün bunlara görə, bölgənin sabitliyi və rifahı Ermənistan, Azərbaycan və Gürcüstanın birlikdə hərəkət etməsindən, Rusiyanın və Qərbin xarici müdaxilələrinə qarşı ortaq ideyalar və layihələr ətrafında birləşməsindən asılıdır”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa