Gürcüstanda daha 2 720 nəfər koronavirusa yoluxdu – 46 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 2 720 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 189 726, ölənlərin sayı isə 1790 nəfərə çatıb. Virusa yoluxanlardan 158183 nəfərin isə sağaldığı bildirilib.