!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda media haqqında qanun qəbul ediləcək

!Reklam – Yazi

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası media haqqında qanun qəbul etmək qərarına gəlib. 

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Parlament müxalifətinin lideri Mamuka Mdinaradze bildirib ki, Gürcüstan parlamentində “KİV haqqında” qanunun təşəbbüskarı olacaq.

O, yeni qanunun Britaniya modelinə uyğun qəbul ediləcəyini vurğulayıb.

Mdinaradze qeyd edib ki, yeni qanun media üçün obyektivlik və jurnalist etikasının standartlarını müəyyən edəcək: “Biz sabah işə başlayacağıq və Britaniya modelinə uyğun və qanuna uyğun olaraq qəbul ediləcək Kütləvi İnformasiya Vasitələri haqqında qanun işə salınacaq. Qanun medianın obyektivliyi və jurnalist etikası standartlarını müəyyən edəcək. Bu standartlara nəzarətin və riayət olunmasının institusional mexanizmləri müəyyən ediləcək”.

Deputat əlavə edib ki, KİV üçün kənar mənbələrdən maliyyələşmə məhdudlaşdırılacaq.

www.yenicag.az

57
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv