Gürcüstanda məhdudiyyətlər aradan qaldırılır

media-hightechnic-468x90

Gürcüstanda koronavirus epidemiyasına görə tətbiq olunan məhdudiyyətlərin aprelin 27-dən yüngülləşdirilməsinə başlanılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, ölkə ərazisində şəxsi avtomobil və taksi ilə hərəkət bərpa olunacaq: “Bazar ertəsindən başlayaraq onlayn ticarətə, istənilən məhsulun çatdırılması xidmətinə və açıq tipli aqrar bazarların fəaliyyətinə də icazə veriləcək”.

Qeyd edək ki, qonşu ölkədə aprelin 17-dən 27-dək minik avtomobilləri ilə hərəkətə qadağa tətbiq olunur./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa