!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda “Qazprom”la imzalanan müqaviləyə etiraz aksiyası keçirilir

!Reklam – Yazi

Gürcüstanın paytaxtı Tbilisidə hökumət binası qarşısında Rusiyanın “Qazprom” şirkəti ilə bağlanmış müqaviləyə etiraz olaraq aksiya başlayıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, etiraz aksiyası “Azadlığı müdafiə” paltforması tərəfindən təşkil edilib.

“Müqavilə imzalanandan sonra ölkəmizdən keçən təbii qaz kəmərindən ötürülən yanacağın dəyərinin yaxın zamanlarda ən etibarsız tərəfdaşdan nağd pulla alınması planlaşdırılır. Bu bizi məğlub vəziyyətə salacaq. Əvvəlki müqavilə Gürcüstan üçün daha sərfəli idi. Səsimizi hökumətə çatdırmaqla Gürcüstan üçün məğlub vəziyətə salacaq razılaşmanın həyata keçməsinə imkan verməyəcəyik”, – təşkilatçılar bildiriblər.

Təşkilatçıların məsələ ilə bağlı yaydığı bəyanatda vuğrulanır ki, ötən il müxalifətin müqavimətinə görə Bidzina İvanişivilinin (Gürcüstanın keçmiş baş naziri) həyata keçirə bilmədiyi müqaviləni bu il reallaşdırmaq istəyirlər.
Qeyd edək ki, ötən gün ölkə prezidenti Georgi Marqvelaşvili Rusiya təbii qazının Gürcüstan ərazisindən Ermənistana tranzit yolu ilə ötürülməsini tənqid edib. Bundan başqa, 80 qeyri-hökumət təşkilatı hökumətə müraciət edərək, ictimaiyyətə kommersiya sirri kimi təqdim olunan müqavilənin detallarının açıqlanmasını tələb ediblər.

Xatırladaq ki, 2016-cı ilin yanvarında Bidzina İvanişvilinin biznes-mərkəzində “Rusiyanın təbii qazına yox!” tələbi ilə etiraz aksiyası keçirilmişdi.

Yeniçağ.Az

COP29

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv