!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda seçkilər başa çatdı - Kaxa Kaladze Tiflisin meri seçildi

!Reklam – Yazi

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatıb.

Yenicag.az xəbər verir ki, bu gün baş tutan seçkilərdə gürcüstanlı seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçiblər. Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyib.

“Exit-poll”un nəticələrinə görə, seçkilərdə Tiflis meri vəzifəsinə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 54 faiz səs toplayıb.

Artıq Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili K.Kaladzeni paytaxt şəhərin meri vəzifəsinə seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

COP29

www.yenicag.az

1705
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv