!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda siyasi qalmaqal

!Reklam – Yazi

rosneftGürcüstan üçün yeni il siyasi qalmaqalla başlayıb. Yenicag terefinfo-ya istinadən xəbər verir ki, Moskvada yaşayan biznesmen David Yakobaşviliyə məxsus “Petrocas Energy Group” neft şirkəti Rusiyanın “Rosneft” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilə şərtlərinə görə “Rosneft” “Petrocas”ın səhmlərinin 49%-i satın alıb. Gürcüstan şirkəti “Petrocas” Poti limanında strateji neft terminalına nəzarət edir.

1420626798_01Bu anlaşma gürcü müxalifətini özündən çıxarıb. Onlar dərhal ölkə rəhbərliyindən bu müqaviləni ləğv etməyə çağırıblar. Müxalifət iddia edir ki, “Rosneft” işğal olunmuş Abxaziyada aktiv fəaliyyət göstərir. Bu isə Gürcüstanın “İşğal olunmuş ərazilər” haqda qanunun kobud şəkildə pozur.

Eyni zamanda Gürcüstan hakimiyyəti Moskva ilə münasibətləri pozmaqdan qorxaraq, qəti addımlar atmağa tələsmir.

Saakaşvilinin “Vahid milli hərəkat” partiyası müqavilənin dərhal ləğv olunmasına çağırır.

Gürcü ekspertlərin hamısı əmindir ki, Kremlin razılığı olmadan heç kəs bu addımı ata bilməz. Ermənistanın Avrasiya İttifaqına üzvlüyündən sonra Rusiya Ermənistanla kommunikasiya vasitələri axtarır. Neft terminalının səhmlərinin alınması Gürcüstana təsir imkanlarının artırılması kimi başa düşülür.

COP29

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv