Gürcüstandakı təxribatın arxasında hansı ölkə var? – Ermənistan, Rusiya yoxsa Gürcüstan?

media-hightechnic-468x90

yenicagAkif Nağı: “Bu təxribatın arxasında ermənilər dayanır”

 Zəlimxan Məmmədli: “Olayın baş verməsində erməni, habelə Rusiya faktoru da ola bilər”

 Xəbər verildiyi kimi, Gürcüstanın paytaxtı Tiflis şəhərində Avroliqa çərçivəsində yerli Dinamo klubu ilə Qəbələnin eyni adlı futbol komandası arasında keçirilən oyun zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, yarış keçirilən ərəfədə stadionda Azərbaycan atributları təhqir olunub, Azərbaycanın Qax və Zaqatala rayonlarının guya Gürcüstana məxsus olduğu barədə plakat nümayiş etdirilib. Söz yox ki, bu bir təxribat əməlidir. Görəsən bu faktorun arxasında erməni faktoru varmı? Yoxsa gürcü millətçiləri artıq Azərbaycana qarşı dil uzatmağa başlayıb? Ola bilərmi ki, burada Rusiyanın da əli olsun?

akif_nagiQarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında bildirdi ki, bu təxribatın arxasında ermənilər dayanır: “Bu erməni təxribatıdır. Gürcüstanda çoxlu sayda gürcü soyadlı erməni yaşayır. Onlar da bu cür təxribatlara asanlıqla gedə bilərlər. Lakin gürcülər arasında da müəyyən qədər yanlış millətçi təbliğatı aparanlar vardır. Onlar Qax və Zaqatala ilə bağlı Azərbaycan ərazilərinə iddia irəli sürür. Hətta bəzən gürcü mətbuatında Gəncə şəhəri ilə bağlı da sərsəm fikirlər səsləndirirlər. Guya Gürcü çarı Tamaranın dövründə Gəncəyə qədər ərazi onların nəzarətində olub. Halbuki, 1139-cu ildə Gəncədə baş verən zəlzələ zamanı şəhər dağılır. Belədə şəhər müdafiəsiz vəziyyətə düşür. Bu fonda gürcülər gəlib şəhəri qarət edir və Gəncə darvazalarını da aparırlar. Bu günə qədər də qaytarmayıblar. Əslində Gürcüstanın özü tarixin bütün dönəmlərində Azərbaycan hökmdarlarının nəzarətində olub. Müasir dövrdə də Gürcüstan ərazisinin yarısında azərbaycanlılar yaşayır. Borçalı və Kaxetidə də çoxsaylı Azərbaycan kəndləri var. Onda Azərbaycan da bu torpaqların ölkəmizə birləşməsini tələb edə bilər. Futbol yarışı zamanı Azərbaycanla bağlı yer alan bu təhqiredici məqamlar gürcü millətçilərinin adına yazılsa da, kənardan olan mərkəzlərin onların beyninə yeritdikləri bir fikirdir. Amma əsas odur ki, ermənilər bu kimi məsələlərin qızışdırılmasında maraqlıdırlar”.

zəlimxan məmmədli zelimxan“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bu qənaətdədir ki, Tiflisdə stadionda baş verən hadisə Azərbaycanla Gürcüstanın yaxınlaşmasından əndişələnən qüvvələrin işidir: “Təəssüf edici haldır ki, Azərbaycan atributlarını təhqir etməklə Gürcüstanın adına bir məsuliyyətsizlik yazılır. Onun kimin tərəfindn törədilməsi başqa məsələdir. Düşünürəm ki, plakat asılan andan hüquq-mühafizə orqanları təxribatı önləməli və onu törədənin ifşası istiqamətində konkret addımlar atmalı idilər. Hər halda bu addımın Gürcüstan tərəfindən atılmasını siyasiləşdirmək imkanlarım yoxdur. Amma bu ölkə iqtidarında da müəyyən ultraradikal düşüncəli elementlər var. “Borçalı” Cəmiyyəti olaraq Gürcüstanda həyata keçirdiyimiz layihələr sırf dostluq, qardaşlığa hesablansa da,  doğma yurduma getməyə yasaq qoyulub. Bu isə hakimiyyətdə olan müəyyən qolun azərbaycanlılara aqressiv münasibətinin təzahürüdür. Təbii ki, olayın baş verməsində erməni, habelə Rusiya faktoru da ola bilər. İndiki kövrək vaxtında belə təxribatlar Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığını istəməyən və bölgədə yeni etnik zəmində qarşıdurma yaratmağa çalışan qüvvələrin sifarişidir və bu da təsadüfi deyil. Sabah kimsə Borçalını Azərbaycan ərazisi kimi təqdim etməklə zəncirvari reaksiya yaradar, toplumlararası gərginliyə rəvac verə bilərlər. Odur ki, Dinamo Tiflisin Qəbələ səfərində azərbaycanlı tamaşaçılar Tiflisdə olan hadisəyə adekvat cavab verməməli, düşmən dəyirmanına su tökməməlidirlər. Sadəcə olaraq, ağılla gürcüstan tərəfə bildirməliyik ki, Azərbaycan və onun bayrağı ilə bu cür davranmaq yasaqdır”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600