!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanın baş nazirinə qarşı sui-qəsd İDDİASI: Kobaxidzedən Avropa komissarına İTTİHAM

!Reklam – Yazi

“İstər Slovakiyanın baş naziri Robert Fitsoya qarşı olan sui-qəsd, istər İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması, istər Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı hazırlıq məsələləri, istərsə də Serbiya prezidenti Aleksandr Vuçiçə qarşı hədələr, bunlar artıq onu göstərir ki, biz dünya siyasətində elə bir mərhələyə çatmışıq ki, qarşılarına qoyduğu məqsədə nail ola bilməyən superdövlətlər öz problemlərini başqa yollarla həll etməyə üstünlük verirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Siyasi təhlilçi Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ona qarşı sui-qəsd iddiaları ilə bağlı açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, R. Fitsonun sui-qəsdə məruz qalması məsələsində dərhal ortaya belə bir iddia atıldı ki, onun Rusiya ilə bağlılığı var və s.

“Lakin sonradan məlum oldu ki, o, Ukraynaya silah verilməsi ilə bağlı məsələlərə etiraz edirdi. Bu da onu göstərir ki, hadisələrdə Qərbin əli var və bu baxımdan, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ona qarşı sui-qəsd cəhdinin ola biləcəyinə dair söylədiklərini qeyri-adi saymıram. Çox güman ki, belə bir tendensiya var və Gürcüstanda baş verənlrə bunun bir qoludur”, – deyə o əlavə edib.

N.Şəfiyev qeyd edib ki, bu gün ABŞ Gürcüstana qarşı yeni sanksiya paketlərini qəbul etdilər:

“Onların şərti budur ki, ya onların dediklərini etməlisən, yox, etməsən də, əllərində olan bütün imkanlarla sənə təzyiq göstərəcklər. Yəqin ki, onların sırasında sui-qəsd variantları da var ki, bununla bağlı eyham vururlar”.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa komissarlarından biri onu Fitsoya qarşı sui-qəsd misalı ilə qorxutmağa çalışıb. O, hansı Avropa komissarı olduğunu açıqlamayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv