Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya barəsində cinayət işi açıldı
Gürcüstan Baş Prokurorluğu 2019-21-ci illərdə ölkənin baş naziri olmuş Giorgi Qaxariya barəsində cinayət işi açıb.
Yenicag.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə məlumat verib.
“Gürcüstan Prokurorluğu sabiq baş nazir Giorgi Qaxariya barəsində cinayət təqibinə başlayıb. İş ictimaiyyətə yaxşı tanış olan 2019-cu il 20-21 iyun (mitinqin dağıdılması – red.), habelə Çorçanı kəndi (blokpostun tikilməsi – red.) hadisələrini əhatə edir”, – Qvarakidze deyib.
Qaxariyaya 13 ilədək həbs cəzası verilə bilər./ oxu.az/












