!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıbala Abutalıbov və İlqar Abbasov bu rayondakı bütün torpaqları satıb – Deputatdan SƏRT İTTİHAM

!Reklam – Yazi

“Seçildiyim Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Bu rayonda 5 il İcra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda İcra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa hamısını satıblar və zəbt ediblər”.

Yenicag.az bildirir ki, bu sözləri Milli Məclisin iclasında deputat Etibar Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, bələdiyyələrlə bağlı çox mühüm Fərman və Sərəncamlar icra olunmur. 15 yanvar 2001- ci ildə “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezident fərmanı olsa da indiyə kimi əmlak Bələdiyyələrə verilməyib. Bakı Bələdiyyələrinə torpaqların xəritəsi belə verilməyib:

“Seçildiyim Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Adını çəkdiyim bu rayonda 5 il İcra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda İcra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa hamısını satıblar və zəbt ediblər. Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayon Mənzil kommunal təsərrüfatı birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bir rayonu 4 nəfər işğal edib”.

Deputatın sözlərinə görə, 222.000 əhalisi olan bir rayonda bir peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var:

“Peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır”.

Deputat deyib ki, belə adamların əlindən elə əvvəldən bələdiyələr zəlil günə qalıblar. Bu adamların əlindən ölkəyə böyük zərbələr dəyir:

“Avropa Birliyinin ekspertləri Avropa Şurasına üzv ölkələr də daxil olmaqla qitə üzrə bələdiyyələrin inkişafına dair indeks hazırlayıb. Reytinqdə tək Azərbaycanın daxil edilməyib. Aydındır, reallıqda mövcud olmayan bir institutu inkişaf edən sistemlərin içərisinə niyə əlavə etsinlər? Bunun izahını kimdən soruşaq?”

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv