Hacıqabulda DƏHŞƏT – 20 yaşlı gəncin meyiti tapıldı

Hacıqabul rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

Yenicag.az-ın məlumatına görə, rayon sakini, 1999-cu il təvəllüdlü İsmayılov Amid Azad oğlunun meyiti səhər saatlarında rayonun mərkəzində, Molla Pənah Vaqif küçəsində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyit daxili və xarici müayinə olumaq üçün Şirvan şəhər Məhəkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Birliyinə təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.