Hackerlərimizdən Ermənistan bankına hücum

media-hightechnic-468x90

1402328900_haker-opljackaoAzərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının saytını sındırıblar.

Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakerlərimiz bankın onlayn lisenziyalar təqdim edən bölməsini ələ keçirərək oradan 2,5 qeqobayt həcmində fayl və materialları götürüblər. Bunun sübutu olaraq hakerlər internetdə Ermənistan Mərkəzi Bankının sədri Artur Cavadyanın bir neçə bank kartının sürətini yerləşdiriblər.

Bundan başqa, Cavadyanın Kembric Universitetində təhsil alan qızının təhsil haqqını ödəməsi ilə bağlı sənədin sürəti və gizli yazışmaları da azərbaycanlı hakerlərin əlinə keçib. Ermənistanın informasiya texnologiyaları sahəsindəki mütəxəssisləri bu haker hücumunun Ermənistan maliyyə sektoruna böyük zərər vurduğunu və ölkənin rəsmi qurumlarının belə informasiya təhlükəsindən sığortalanmadığı fikrindədirlər.(modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600