Hafiz Məmmədovun əvvəli və sonu – VİDEO + ÖZƏL FOTOLAR

Bir vaxtlar azərbaycanlı oliqarx Hafiz Məmmədovun pulunu balta da kəsməzdi.

Yenicag.az xəbər verir ki, geniş imkanlarına görə az qala hər gün medianın gündəmini zəbt edən “Hafka” kimi tanınan iş adamı, indi tamamilə sakit həyat tərzi sürür.

“Bakı” klubunun prezidentini “Gənclik Mall”da ikən Yenicag.az-ın əməkdaşının obyektivinə tuş gəlib. Bu zaman Məmmədovun cəmi bir şəxsi mühafizəçisi ilə gəzməsi diqqət çəkib.

Görünür, Hafiz bəyin biznesinin çökdürülməsi və müflis olması onun geniş imkanlarını dar çərçivəyə salıb.


Sizə təqdim etdiyimiz video isə illər əvvəl çəkilib. Oliqarx ən balaca oğlu Məcidlə rəqs edərkən yəqin ki, illər sonra müflis olacağını heç ağlına belə gətirməzdi.

Emin Səfərov
Yenicag.az

COP29