Haitidə zəlzələ qurbanlarının sayı 2000-ni ötdü

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Haitidə avqustun 14-də 7,2 bal gücündə zəlzələ baş verib.

Yenicag.az Haiti Mülki Müdafiə Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, zəlzələ nəticəsində 2 189 nəfər həyatını itirib, 12 268 nəfər yaralanıb.

Bildirilir ki, ölənlərdən 1 832 nəfəri Cənub, 218 nəfəri Qrand-Ans, 137 nəfəri Nipp, iki nəfəri isə Şimal-Qərb departamentində həlak olublar.

Qeyd edək ki, zəlzələ nəticəsində Haitidə böyük dağıntılar meydana gəlib, ölkədə bir aylıq fövqəladə vəziyyət və üç günlük matəm elan edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600