!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakan Fidan Ceyhun Bayramova zəng etdi

!Reklam – Yazi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Bu barədə Yenicag.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırılıb.

Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək görülən işlər barədə məlumat verib.

Tərəflər həmçinin Yaxın Şərqdə, o cümlədən Suriya ətrafında mövcud vəziyyəti müzakirə ediblər. Ölkəmizin Suriyada humanitar yardım niyyəti müzakirə olunub.

Danışığı zamanı habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri və planları nəzərdən keçirilib.

Telefon danışığı çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

105
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv