Hamburqda sərnişin qatarı qəzaya uğradı

media-hightechnic-468x90

Almaniyanın Hamburq şəhərində şəhərlərarası sürət qatarı (ICE) dəmir yolu keçidində yük avtomobili ilə toqquşub.

Yenicag.az yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində həlak olub, 25 nəfər xəsarət alıb. Xəsarət alanlardan altısının vəziyyəti nisbətən ağırdır.

Sərnişin qatarı toqquşmadan sonra yük avtomobilini özü ilə bir qədər sürükləyib. Yük maşınının sürücüsü son anda avtomobildən tullanaraq xilas ola bilib.

Hamburqdan Münxen istiqamətində hərəkət edən qatarda 291 sərnişin olub./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa