Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Hamı gedəndən sonra, pəncərəyə çıxıb..." - REKTOR tələbə qızın başına gələn DƏHŞƏTDƏN DANIŞDI

Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Rəssamlıq Akademiyasında bədbəxt hadisə baş verib. Tələbə qız binanın ikinci mərtəbəsindən yıxılaraq zədələnib. II kurs tələbəsi Jalə Qasımova hazırda xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Yenicag.az-a Akademiyanın rektoru Ömər Eldarov açıqlama verib:

“Hadisə anbaan kameraya həkk olunub. Dərs qurtarandan sonra tələbələr evə gedib, iki qız auditoriyada qalıb. Qızlardan biri pəncərəyə dırmaşıb, tut yemək üçün yaxınlıqdakı tut ağıcına sarı dartınıb. Birdən başı gicəllənib, müvazinətini saxlaya bilməyib, yıxılıb. Rektor müavini onu dərhal xəstəxanaya çatdırıb. Hazırda reanimasiyadadır. Sabah palataya keçiriləcək. Yaxşı ki, zədələri o qədər də ağır deyil”.

Xəbəri APA yayıb.

Cəvahir Səlimqızı
Yenicag.az

www.yenicag.az

614
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100