Hamilə qadından ağlasığmaz hərəkət

media-hightechnic-468x90

9a24382b8524217bc8dbf325f126edb0Bakıda gənc qadının çantasından 100 manat pul oğurlanıb. Yenicag lent.az-a istinadən bildirir ki, yanvarın 15-də polisə müraciət edən 1992-ci il təvəllüdlü Hənifəzadə Səbinə Rafiq qızı başına gələn hadisəni nəql edib. 23 yaşlı zərərçəkən bildirib ki, yanvarın 14-də saat 21:40 radələrində Nizami küçəsində tanımadığı bir qadın ona yaxınlaşıb. 30-35 yaşlı həmin qadın S.Hənifəzadəyə hamilə olduğunu deyib və maddi kömək etməsini xahiş edib. S.Hənifəzadə də öz növbəsində çantasındakı pulqabını götürərək həmin şəxsə 1 manat verib.

Zərərçəkmiş əlavə edib ki, bir qədər irəliyə gedərək 61 saylı xətt üzrə hərəkət edən avtobusa minib və burada pulqabına baxıb. Amma məlum olub ki, pulqabından 100 manat götürülüb.

Şikayətçi pullarının məhz ona yaxınlaşan qadın tərəfindən götürüldüyünə əmin olduğunu və həmin şəxsin onun gözünü oğurlayaraq bunu etdiyini deyib.

Müraciət əsasında araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600