Reklam

Reklam

Norveçdə Kral Kubokunu qazanan “Lillestrom” klubunun futbolçusu Aleksandr Melqalvis bu uğuru qeyri-adi formada bayram etməklə bütün ölkəni şoka salıb.

Yenicag.az xəbər verir ki, “Lillestrom” finalda “Sarpsborq”u 3:2 hesabıyla məğlub edərək, Kral Kubokunu qazanıb. Bu komandanın kuboku qazanması münasibətilə təşkil olunan bayram tədbiri isə böyük çılğınlıqla yadda qalıb. Norveçli futbolçu çempionluğu səhnədə komanda yoldaşları ilə birgə qeyd edərkən qəfildən paltarlarını soyunmağa başlayıb. 28 yaşlı müdafiəçi bu hərəkətini hətta komanda yoldaşları da böyük təəccüblə qarşılayıblar. Tam soyunan Melqalvis daha sonra cinsi orqanını qazandıqları Kral Kubokuna soxaraq şou göstərməklə bütün ölkəni şok içində qoyub.

Oyunçunun bu hərəkəti Norveçdə ciddi narazılığa səbəb olub. Əksəriyyət bunu Kral Haralda təhqir hesab edib.

Melqalvis isə təzyiqlər qarşısında geri addım atmaq fikrində olmadığını söyləyib: “Etdiyim hərəkətdən peşmanlıq hissi duymuram. O anın həyəcanı ilə edilən bir hərəkətdir. Əyləncəli idi”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2953
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.