“Hansısa bir gədanın cibinə pul gedəcək deyə...” – Hafiz Hacıyevdən taksilərlə bağlı məsələyə SƏRT REAKSİYA

media-hightechnic-468x90

“Bu özəl şirkətlər xalqı düşünmür. Hamı yalnız cibini düşünür, vicdan deyilən anlayış itib. Bu məmurlar Azərbaycanı elə bir həddə gətirib çıxaracaqlar ki, camaat axırda məcbur olub onların payını verəcək. İndi məsələ hansısa bir gədanın cibinə pul getməsindədir. Taksinin qiymətini ona görə qaldırırlar ki, yəqin, haradasa villasının sayı azdır”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından tətbiq vasitəsilə taksilərin sifarişinə qoyulan qadağalara sərt münasibət bildirib.

Xatırladaq ki, “Bolt” və “Yango” tətbiqinə daxil olan sərnişinlərə əvvəlki kimi seçim imkanı tanınmır. Belə ki, aeroport ərazisində “Bolt” və “Yango” xidmətləri deaktiv olunduğundan sərnişinlərə yalnız “London taksi”ləri və “Bolt Aeroport” seçimi tanınılır. Bu taksilərin isə hava limanından şəhər mərkəzinə xidmət haqqı 22-25 manat təşkil edir.

Məsələyə münasibət bildirən H. Hacıyev söyləyib:

“Taksinin qiymətini qaldırırlar, telefonun qiymətini qaldırırlar, hətta bir azdan havanın da qiymətini qaldıracaqlar. Bütün məqsəd odur ki, kimsə cibini doldursun. Nə olacaq bu qiymətlərin axırı?! Kim bu baha qiymətə gedəcək?! Camaat indi gərək piyada gəzsin?! Bunlar niyə camaatı qıcıqlandırırlar?! Belə gədə-güdələr dövlət başçısına xəyanət edir, amma dövlət başçısı buna imkan verməz ki, xalq bu qədər əzilsin”.

O, diqqətə çatdırıb ki, qiymətlər günü-gündən artır:

“Səhər oyanırsan, qiymət qalxıb, axşam yatırsan, yenə qalxıb. Cərimələr də buradan artır, AYNA da bu tərəfdən cərimələri yükləyir. Maşını saxlayırsan, cərimə, qapında dayanırsan, cərimə! Belə biabırçılıq olar?! Bu adamlar birbaşa dövlətə xəyanət edirlər! Adamların gündəlik xərci 20-30 manat ikən o pulu necə taksiyə versinlər?! Bəs sonra necə yaşasınlar?! Kapitalizm dövrüdür, özəl şirkətlər 3-5 manata xidmət göstərirlər. Bəs niyə bizdə niyə buna imkan vermirlər?! Niyə belə olmalıdır?!”

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa