Hava ilə bağlı xəbərdarlıq edildi

media-hightechnic-468x90

İyulun 28-də Bakıda və Abşeron yarımadasında cənub küləyinin sürətinin saniyədə 15-20 metrə çatacağı, iyulun 29-dan 30-u səhərədək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-25, iyulun 29-u günün birinci yarısında yarımadanın bəzi yerlərində arabir 28-33 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enərək, 25-28° isti olacaq.

İyulun 28-dən 30-u gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə olacağı, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600