Hava limanında əməliyyat – Əcnəbilər saxlanıldı – FOTO – Yenicag.Az

Reklam

Reklam

Son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək­, 2 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qar­şısı alın­ıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Yenicag.az-a verilən məlumata görə, iyulun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçmaq istəyən 1982-ci il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı İqbal Mudassarın təqdim etdiyi pas­port­da saxta­laş­dırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində də­rin­­ləş­­dirilmiş yox­lama zamanı Yunanıstana məxsus daimi yaşa­yış vi­za­sının saxta olması təsdiqlənib.

İyulun 20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçmaq istəyən 3 İraq vətəndaşı – 1978-ci il təvəllüdlü Aldohuky Sherwan Bashir Yousif, 2002-ci il təvəllüdlü AIdohuky Sahand Sherwan Bashir, 2009-cu il təvəllüdlü Aldohuky Mohammed Sherwan Bashirin pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olmasına şübhə yaranıb və dərin­­ləş­­dirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxta­laşdı­rılması təsdiqini tapıb.

İyulun 21-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntə­qəsində İran İslam Rüspublikasından gələn Azərbaycan Respub­lika­sı vətəndaşı Salyan rayonunun sakini 1966-cı il təvəl­lüd­lü Hü­sey­­nov Elçin Rzalı oğlunun əl yükünə baxış zamanı psixotrop dər­man olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkar edilib.

İyulun 22-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntə­qəsində Gürcüstandan gələn Azərbaycan Respublikasının vətəndaşı Qazax rayonunun sakini 1994-cü il təvəllüdlü İsmayılov Sərxan Əlövsət oğ­lunun idarə etdiyi “Mercedes” markalı 35-BL-414 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı avtomobilin yanacaq çə­nin­də gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkar olun­ub.

Qeyd edilən faktlar üzrə müvafiq təd­bir­lər həyata keçirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2108
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."